
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsinin qalıqlarının axtarışları başa çatıb. Axtarışlar nəticəsində 20-ci şəhidin də nəşi aşkar olunub.
Primeinfo.az “TRT Haber”e istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da axtarış-xilasetmə işləri yekunlaşıb.
Qeyd ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində Türkiyəyə məxsus təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

