Xəbər axtarın

Son axtarış nəticələri:

Qızıl almaq istədiyini deyərək soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO

31.01.2026 16:10

Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Paylaş: