Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyevin dəstəsindən 42 nəfər həbs olunacaq – KİMLƏRDİR? - VİDEO

07.11.2025 15:29

“Ramiz Mehdiyevin dəstəsində təxminən 44 nəfər var. 2 nəfər Azərbaycanı çoxdan tərk edib, qalıb 42 nəfər. O 42 nəfər indidən ailəsi, qohumları ilə halallaşsın. Onlar həbs olunacaq, haqlarında cinayət işi açılacaq, fəaliyyətləri araşdırılacaq”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

Onun sözlərinə görə, bu, hakimiyyətin təmizlənməsi, klanlararası mübarizə, varidatlarına əl qoyulması və ya qisas deyil:

“Sadaladıqlarım çox bəsit və primitiv məqamlardır. Söhbət hakimiyyət menecmentinin köklü şəkildə dəyişməsinə mane olan bu 42 nəfərin zərərsizləşdirilməsindən gedir. Onların hər biri ölkə iqtisadiyyatında süni insanların yaradılmasına ya rəhbərlik ediblər, ya da bu işdə iştirak ediblər və etməkdə davam edirlər”.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri, 4 aylıq ev dustaqlığı cəzasını alan Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxıb. Bu məktubdan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.

Paylaş: