
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumat yayıb. Bildirilib ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.
Primeinfo.az xəbər verir ki, mövzu ilə bağlı Prime TV-nin “Qırmızı masa” proqramında danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin sözlərinə görə, o, Ramiz Mehdiyevlə bağlı fikirlərini illər əvvəl səsləndirib.
“Mənim 10 bundan əvvəl dediklərim indi təsdiqini tapır. Dövlət çevrilişini 5-10 nəfərlə etmək olmaz. Şəbəkə var və həmin şəbəkə tam şəkildə aşkar olunmalıdır. Nə qədər ki, bu proses yekunlaşmayıb, təhlükə qalır”.
Partiya sədrinin fikrincə, məsələ bir neçə şəxslə məhdudlaşmır.
Davamı “Qırmızı masa”da: