
“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”.
Primeinfo.az-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “NBC News”a müsahibəsində deyib.
O bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir.
Rubio qeyd edib ki, ABŞ Venesuela neftini daşıyan tankerləri saxlamağa və narkotik ticarəti üçün istifadə olunan katerlərə zərbələr endirməyə davam edəcək:
“ABŞ-nin təzyiqi davam edəcək. Biz Birləşmiş Ştatlara doğru hərəkət edən narkokartellərin katerlərinə zərbələr endirəcəyik. Biz sanksiyalar altında olan gəmilərin qarşısını kəsəcəyik. Əsas problemlər həll olunana qədər bunu və bəlkə də başqa şeyləri etməyə davam edəcəyik”.
Rubio Venesuelada heç bir Amerika qoşununun olmadığını və Venesuelada qalan liderləri düzgün qərar verərsə, ABŞ-ın onlarla işləməyə hazır olduğunu əlavə edib.