
“Rusiya Ukrayna ilə savaşda bir ayda 27 min əsgər itirib. Amma Putinin müharibəni dayandırmaq fikri yoxdur”.
Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində səsləndirib.
Onun fikrincə, Putin savaşı yalnız öz şərtləri ilə – Ukraynanın kapitulyasiya ilə dayandırmaq istəyir. Bu da alınmayanda döyüş meydanında vəziyyət daha da gərginləşir:
“ABŞ çox istəyirdi ki, dekabrın 25-nə qədər, yəni Milad bayramınadək Ukraynanı sülh planına razı salsın. Əslində, Zelenski çox şərtə razıdır, hətta NATO-ya girməməyi də qəbul etdi. Əvəzində isə ona Amerika 6 bənddən ibarət təhlükəsizlik zəmanətini göstərdi. Bu – çox müsbətdir. Amma burada da qətiyyət yoxdur.
Axşam bu məsələlər ortaya çıxdı, səhər isə Tramp dedi ki, sülh planının Amerikada hüquqi qüvvəyə minməsi üçün Konqresin qərarı lazımdır. ABŞ Konqresinin də toplanması və bu işləri görməsi ilin sonuna qədər çətin alınsın. Ona görə də əvvəlcədən proqnoz verirdilər ki, Rusiya-Ukrayna savaşının mart ayınadək dayanması gözlənilmir”.
Ətraflı “Qırmızı masa”da: