Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

23.10.2025 10:26


Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl, Çelyabinsk vilayətində müəssisədə iki partlayışın baş verdiyi bildirilirdi. Yanğın söndürülüb.

03:40

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə vilayət qubernatoru Aleksey Teksler öz “Telegram” kanalında yazıb.

“Hazırda 9 nəfərin ölümü təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün əllərindən gələni edirlər. İtkin düşənlər barədə məlumatı dəqiqləşdiririk”, – deyə o bildirib.

22 oktyabr, 23:51

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.

Hadisə nəticəsində dörd nəfər həlak olub.

“Kopeysk şəhərinin müəssisələrindən birində partlayış baş verib. Təəssüf ki, qurbanlar var. Şəhər sakinlərinə və mülki obyektlərə təhlükə yoxdur. Çurilovo mikrorayonundakı yaşayış binalarında mənzillərin pəncərələri sınıb”, – vilayət qubernatoru Aleksey Teksler öz “Telegram” kanalında yazıb.

Hadisə yerinə operativ əməliyyat qrupu cəlb olunub, qərargahın işi təşkil edilib.

Bir sıra “Telegram” kanallarının məlumatına görə, partlayış “Plastmass” zavodunda baş verib. İlkin səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır.

Paylaş: