Xəbər axtarın

Son axtarış nəticələri:

Şirvanda ağır yol qəzası - ölən və yaralananlar var

30.10.2025 22:29

Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Paylaş: