Xəbər axtarın

Son axtarış nəticələri:

“Stiçhed. Şirin Xoxan” Yeni il festivalında – FOTO - VİDEO

15.12.2025 15:42

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilinə dublyaj olunmuş “Stiçhed. Şirin Xoxan” animasiya filminin nümayişi ilə rəngarəng Yeni il festivalı keçirilib.

Primeinfo.az xəbər verir ki, filmin səsləndirilməsi üçün tanınmış aktyorlar və blogerlər Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları dəvət olunub.

Layihənin rəhbəri və səs rejissoru Teymur Kərimov, dublyaj və adaptasiya rejissoru isə Vüqar Hüseynovdur.

Qonaqları zəngin əyləncə proqramı gözləyib – Yeni il geyimli personajlar, kloun Aquşanın şou proqramı, uşaqlar üçün bayram akvaqrimi ilə Face Art, müxtəlif yeni il şirniyyatları, eləcə də filmin əsas qəhrəmanı — mehriban Stiçhed, balaca tamaşaçıları şəxsən qarşılayaraq bayramı unudulmaz edib.

Animasiya filmin süjetinə gəlincə, sakit qəsəbənin üzərində ucalan qalanın qülləsində dəli professor qorxunc varlıqlar yaradır, lakin onlara çox tez marağını itirir.

Yeni yaranan məxluqların qayğısı isə Stiçhedin üzərinə düşür. O, professorun ilk əsəridir – qaladakı canlıların mehriban qoruyucusu və sadiq keşikçisidir. Yalnız o, ən vəhşi instinktli məxluqları belə sakitləşdirə bilir. Lakin bir gün qonşu şəhərə səyyar sirk gəlir və publikanı əyləndirmək üçün varlıqlar axtaran hiyləgər direktor Stiçhedi aldadaraq onu doğma qaladan uzaqlaşdırır. O, ona şöhrət, sərvət və hətta sevgi vəd edir.

Animasiya filmini yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

 

Paylaş: