Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident Sərdar Səfərovu rəis təyin etdi, ona "general-mayor" rütbəsi verdi - SƏRƏNCAM

24.10.2025 17:23


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.

Primeinfo.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Sərdar Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2025-ci il oktyabrın 24-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Paylaş: