
İranın ali rəhbəri Əli Xamneyi sui-qəsd cəhdi ehtimalına görə gizlənib.
Primeinfo.az xəbər verir ki, o, ABŞ və İsrailin iqamətgahına qəfil zərbə endirəcəyindən qorxduğu üçün bu addımı atıb.
İranda internet kəsildikdən sonra kütləvi etirazların gedişatı barədə məlumat almaq çətinləşib. Müstəqil hüquq təşkilatlarının hesabatlarında son 2 gündə minlərlə insanın SEPAH və “Bəsic” qüvvələri, yerli polis dəstələri tərəfindən silahlı müdaxilələr zamanı qətlə yetirdildiyi, repressiyaların artdığı bildirilir.
ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbi qüvvələrin artması fonunda İrana hər an hava zərbələrinin endirilməsi gündəmdədir.