Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış jurnalist vəfat etdi - FOTO

06.03.2026 11:18


Jurnalist Nicat Novruzoğlu (Rüstəmov) vəfat edib.

Primeinfo.az xəbər verir ki, 48 yaşlı jurnalist uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkib.

Mərhum jurnalist “Ədalət” qəzetinin əməkdaşı olub.

Medianın İnkişafı Agentliyi (MEDİA) də Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Nicat Rüstəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda vurğulanıb.

 

 

Paylaş: