
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
***
13:28
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.
Primeinfo.az “A Haber”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.
O bildirib ki, 4 hərbçinin nəşi təyyarənin pilot kabinasında aşkarlanıb. Həmçinin, digər iki hərbçinin nəşinin axtarılması yönündə işlərin davam etdiyi bildirilib.
Qeyd edək ki, təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib.
