Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətində bildirib. O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb.
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən müharibə ilə bağlı danışarkən Türkiyənin mövqeyinin əsla bitərəf ola bilməyəcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan qlobal ədalətsizliyin hökm sürdüyü bir dövrdə Türkiyənin sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb: “Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik. Bütün dünyanın gələcəyini təhdid edən məsələlərdə də bitərəf deyilik.