Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

"Tramp marşrutu" Cənubi Qafqazda davamlı sülhün təməli olacaq - Sercio Qor 

TRIPP layihəsi Cənubi Qafqazda güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor Bişkekdə keçirilən “B5+1” biznes forumunda bəyan edib. “Ermənistan və Azərbaycanı birləşdirən tarixi sülh sammitindən (İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci il tarixli Vaşinqton sammiti) bəri biz “Tramp Marşrutu”nu (TRIPP) təşviq etməyə davam edirik.

İran ABŞ-la danışıqların Omanda keçirilməsini istəyir

İran ABŞ-la danışıqların formatını ikitərəfli etməyi və görüşlərin keçirildiyi məkanı Türkiyədən Omana köçürməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb. “İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər.

ABŞ təyyarədaşıyan gəmiyə yaxınlaşan İran PUA-sını vurub

ABŞ hərbçiləri Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, İran istehsalı olan “Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.

Kreml: Putin Epşteyndən görüş təklifi almayıb

Kreml amerikalı maliyyəçi Ceffri Epşteyndən Prezident Vladimir Putinlə görüşmək üçün heç bir təklif almayıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-nın sorğusuna cavab olaraq bildirib. Qeyd edək ki, Putinin adı Epşteynin sənədlərində, əsasən maliyyəçi ilə həmsöhbətləri arasında mübadilə edilən xəbər məqalələrində dəfələrlə görünür.

HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb. Primeinfo.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib. Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

İran ABŞ gəmilərinin üzərinə pua göndərdi

İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib.

ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

ABŞ-də saxlanılan azərbaycanlı alim Şövqi Hüseynov sərbəst buraxılıb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda feysbuk hesabında paylaşım edib: “Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə e-mail almışam.