İranda idman zalına hücumda 15 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, İranın Fars əyalətinin Lamerd rayonunun qubernatoru Əli Əlizadə İsrail və ABŞ qüvvələrinin şəhərdəki idman zalına və iki yaşayış yerinə hücumunda ən azı 15 nəfərin öldüyünü bildirib. Reklamınızı SmartBee ilə effektiv edin.
ABŞ-nin keçmiş prezidenti Co Bayden Reyqan Milli Hava Limanından Cənubi Karolinanın paytaxtı Kolumbiyaya səyahət edib. Primeinfo.az xəbər verir ki, Bayden bu səfəri Kolumbiyada Demokrat Partiyası tərəfindən təşkil edilən axşam tədbirində iştirak etmək üçün planlaşdırmışdı. Dumanlı hava şəraiti səbəbindən “American Airlines”in terminalında çıxış etmək istəyən sərnişinlər bir saatlıq gecikmə ilə üzləşiblər.
Səudiyyə Ərəbistanı ABŞ-e ilə birgə İrana qarşı müharibəyə qoşulmağa hazır olduğunu bildirdi.
İran ordusunun baş komandanı Əmir Hatəminin öldürüldüyü iddia olunur.
“Cenevrədə gedən danışıqlarda nəticə əldə olunmamasına inanmıram. ABŞ və İsrail ona görə susur ki, İranla müəyyən razılaşmalar əldə etdiklərini etiraf edə bilmirlər. Hesab edirəm ki, İranla müəyyən danışıqlara getdilər və İran da qarşıya qoyulan şərtlərin demək olar ki, hamısını qəbul edib”.
ABŞ və Ukrayna nümayəndələri Cenevrədə təhlükəsizlik zəmanətlərini və iqtisadi aspektləri müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib. “Növbəti raund hazırlanır.
İran və ABŞ nümayəndələri Cenevrədə danışıqların növbəti mərhələsini başa vurublar və öz liderləri ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, bu barədə iki tərəf arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi öz “X” hesabında məlumat verib. “Biz danışıqları onların paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra bərpa edəcəyik.
İsveçrənin Cenevrə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş olub. Primeinfo.az xəbər verir ki, təxminən dörd saat davam edən müzakirələrdən sonra nümayəndə heyətləri danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər. Danışıqlarla bağlı mətbuata hələ ki, heç bir açıqlama verilməyib.
“İran ABŞ üçün çox ciddi təhlükə yaradır və çox uzun müddətdir ki, belədir”. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran çox sayda ballistik raketə, xüsusən də ABŞ-ni və bölgədəki bazalarını, bölgədəki tərəfdaşlarını təhdid edən qısa mənzilli raketlərə malikdir.
ABŞ-ın Vaşinqton ştatında kişi bıçaqla insanlara hücum edib. Primeinfo.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Məlumata görə, o, 4 nəfəri öldürüb.