Avqustun 3-dən etibarən ABŞ 50 ölkənin vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi zamanı 20 min ABŞ dollarına qədər viza girovunu daimi əsasda tətbiq edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bildirişdə deyilir. Qeyd olunub ki, ABŞ 2025-ci ilin avqustunda pilot proqram çərçivəsində bəzi ölkələrin vətəndaşlarından ABŞ ərazisini vaxtında tərk etmələrini təmin etmək məqsədilə 5 min dollardan 15 min dollara qədər viza girovu tələb etməyə başlamışdı.
ABŞ-nin Montana ştatında qeyri-adi hadisə baş verib. Dağ yürüşü zamanı yıxılan turistin bədəninə yürüş çubuğu batıb. Buna baxmayaraq, o, helikopterlə təxliyə olunmaqdan imtina edərək dağdan özü enib.
ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib. “ABŞ hərbçilərinin bu kampaniyanı mümkün qədər effektiv aparmaq üçün hər şeyi var və mən bunu bütün mümkün yollarla yoxlamışam.
ABŞ, Yaponiya və Filippin hərbi qüvvələri Cənubi Çin dənizində növbəti birgə dəniz təlimlərinə start veriblər. Primeinfo.az Reuters-ə istinadən xəbər verir ki, təlimlərin məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dəniz təhlükəsizliyinin artırılması və regionda birgə əməliyyat imkanlarının təkmilləşdirilməsidir. Filippin Silahlı Qüvvələrinin yaydığı məlumata görə, təlimlərdə ölkənin “Antonio Luna” freqatı, helikopterlər və döyüş təyyarələri iştirak edir.
ABŞ-nin Vaşinqton ştatında, Orkas adasının şimal hissəsində dəniz təyyarəsi qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “KIRO7” telekanalı məlumat yayıb. “Kenmore Airlines” aviaşirkətindən verilən məlumata görə, təyyarənin göyərtəsində azı 11 nəfər olub və onların hamısı sudan sağ-salamat çıxarılıb.
Rusiya ordusunun Ukraynanın Buça şəhəri yaxınlığına endirdiyi raket zərbələri böyük dağıntılara səbəb olub.
Livan Prezidenti Cozef Aun Vaşinqtona səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Livan Prezidentinin ofisi məlumat yayıb. Məlumata görə, Aunun bir sıra ABŞ rəsmiləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla Livandakı təhlükəsizlik vəziyyətini, eləcə də İsrail qüvvələrinin ölkə ərazisindən çıxarılmasını müzakirə edəcəyi bildirilib.
ABŞ-də üzərində ölkə rəhbəri Donald Trampın şəkli olan 1 dollarlıq qızıl sikkə dövriyyəyə buraxılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb. “Ölkənin müstəqilliyinin 250 illiyinin şərəfinə ABŞ Zərbxanası azadlığın əbədi irsini və vətənpərvərliyin daimi simvolunu ehtiramla yad etmək məqsədilə 1 dollar dəyərində yeni qızıl sikkənin istehsalına başlayacaq.
ABŞ Kubadan qaynaqlandığını iddia etdiyi milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün bu ölkəyə qarşı bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Marko Rubionun bəyanatına istinadən məlumat yayıb. Amerika diplomatiyasının rəhbəri Vaşinqtonun Kubada siyasi və iqtisadi islahatların aparılmasını zəruri hesab etdiyinə dair mövqeyini bir daha ifadə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb.