Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK” “Flightradar24” xidmətinin məlumatlarına istinadən yazıb. Məlumata görə, “RCH4555” bort nömrəli təyyarə avqustun 25-də səhər saatlarında Latviyanın paytaxtı Riqadan havaya qalxaraq Moskvaya istiqamət alıb.

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ-da məhkəmə Vaşinqton administrasiyasının 75 ölkənin vətəndaşları üçün tətbiq etdiyi viza qadağasını ləğv edib. Primeinfo.az CNN-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Jeanette Vargas qadağanın qanunsuz olduğuna və Dövlət Katibi Marko Rubionun qanuni səlahiyyətlərini aşdığına qərar verib. Məhkəmə müəyyən edib ki, insanlara əsasən vətəndaşlıqlarına görə viza verilmir ki, bu da milliyyətə görə ayrı-seçkiliyə qoyulan qadağanı pozur.

​ABŞ Azərbaycan daxil 75 ölkə üçün immiqrant vizaları qadağasını ləğv etdi

​ABŞ Azərbaycan daxil 75 ölkə üçün immiqrant vizaları qadağasını ləğv etdi

ABŞ Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla 75 ölkədən olan müraciət edənlərə immiqrant vizalarının verilməsini dayandırmaq barədə əvvəlki qərarını qanunsuz hesab edib. Primeinfo.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə Nyu-York Cənub Dairəsi Federal Məhkəməsinin bəyanatında deyilir. “Məhkəmənin qərarı qeyd olunan 75 ölkədən müraciət edənlərə immiqrant vizalarının verilməsini tamamilə dayandırmaq siyasətini ləğv etməlidir, çünki bu, qanuna ziddir və səlahiyyətlərdən sui-istifadədir”, – bəyanatda deyilir.

ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb

ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb

ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. “Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq”, – o, Vaşinqton ətrafındakı “Endryus” hərbi bazasında mətbuat nümayəndələri ilə söhbətində deyib.

Tramp ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb

Tramp ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb

“ABŞ Hörmüz boğazının bütün bölgəsi üzərində tam nəzarətə malikdir”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bildiyiniz kimi, sərhəd üzərində tam nəzarətimiz var.

Alyaskada təyyarə QƏZAYA uğrayıb: 8 nəfər ölüb

Alyaskada təyyarə QƏZAYA uğrayıb: 8 nəfər ölüb

ABŞ-nin Alyaska ştatında göyərtəsində 8 nəfərin olduğu “Cessna 441” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə altı sərnişin və iki pilot olub. İlkin məlumatlara görə, onların hamısı həlak olub.

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında naməlum dron aşkar edilib. Primeinfo.az “Stars and Stripes” qəzetinə istinadən xəbər verir ki, hadisədən dərhal sonra ehtiyat tədbirləri görülüb. Məlumata görə, İtaliya hüquq-mühafizə orqanları araşdırma apararaq dronun içərisində partlayıcı maddələrin olmadığını və onun partlama təhlükəsi yaratmadığını müəyyən edib.

ABŞ hərbi helikopteri İrana gedən gəmiyə atəş açıb

ABŞ hərbi helikopteri İrana gedən gəmiyə atəş açıb

ABŞ hərbi helikopteri İran limanlarına tətbiq olunan dəniz blokadasını yarmağa cəhd edən Panama bayraqlı gəmiyə atəş açıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, gəminin heyəti İran limanlarına tətbiq edilən blokadanı həyata keçirən hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayıb.