Xəbər axtarın

Son axtarış nəticələri:

Alyaskada təyyarə QƏZAYA uğrayıb: 8 nəfər ölüb

21.08.2026 11:23

Alyaskada təyyarə QƏZAYA uğrayıb: 8 nəfər ölüb

ABŞ-nin Alyaska ştatında göyərtəsində 8 nəfərin olduğu “Cessna 441” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə altı sərnişin və iki pilot olub. İlkin məlumatlara görə, onların hamısı həlak olub.

Primeinfo.az bildirir ki, hadisə barədə  “Associated Press” Birləşmiş Ştatların Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) açıqlamasına əsasən xəbər yayıb.

Məlumata görə, “Cessna 441” markalı yüngülmühərrikli təyyarə Ankoricdən ştatın cənub-qərb sahilində yerləşən Keyp-Nyunhem burnuna doğru hərəkət edirmiş.

Həmin ərazidə ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom və radiolokasiya stansiyası yerləşir. Ankoricdəki aviabələdçilər hava gəmisinin təyinat məntəqəsinə çatmadan yerə çırpılması barədə siqnal qəbul ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş: