İran ordusu Hörmüz boğazının girişində ABŞ ordusuna aid “Saildrone” tipli və 5838 gövdə nömrəli casus pilotsuz sualtı qayığı vuraraq zərərsizləşdirib. Primeinfo.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi məlumat verib. İran mediası vurulan sualtı qayığın görüntülərini yayıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda ABŞ gəmilərinə zərbə endirməyə cəhd etdikdən sonra Amerika hərbçiləri İranın üç tankerinə hücum edib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfərə gəlib. Primeinfo.az xəbər verir ki, içərisində ABŞ nümayəndələrin olduğu güman edilən təyyarənin Vnukovo-2 hava limanına endiyi bildirilir. Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil korteji olduğu ehtimal edilən görüntülərini yayıb.
ABŞ ordusunun Quru Qoşunları naziri Daniel Driskoll bir neçə ay davam edən fikir ayrılıqlarından sonra Pentaqon rəhbəri Pit Heqsetlə istefa ərizəsi verib. Primeinfo.az APA-ya istinadən bildirir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Driskoll yaxın günlərdə Pentaqonu tərk edəcək.
Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb. Primeinfo.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. Qeyd olunub ki, bir neft tankeri Hörmüz boğazı vasitəsilə Fars körfəzinə doğru hərəkət edərkən hava hücumuna məruz qalıb.
ABŞ Hərbi Hava Qüvvələri İspaniyadakı “Moron” aviabazasını genişləndirməyi və modernləşdirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki,bu barədə The War Zone məlumat yayıb. Məqsəd B-52 strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi və yanacaqla təmin edilməsi imkanlarını artırmaqdır.
İranın Ali Lideri Müctəba Xamneyi İslam ölkələrinin dövlət rəhbərlərinə və müsəlman icmalarına müraciət edərək ABŞ və İsrailə qarşı vahid cəbhədə birləşməyə çağırıb.
ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun “North American Blue Energy Partners” özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuela neft yatağı üzərində yüzillik hüquqlar veriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə ekspertlərə istinadən “The Wall Street Journal” (WSJ) yazıb. Pentaqon öz səlahiyyətlərini genişləndirərək layihəni maliyyələşdirməyə kömək edəcək və hasilatdan fayda əldə edəcək.
ABŞ hərbi qulluqçuları Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Choneros” narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıblar. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb. Komandanlığın məlumatına görə, ABŞ dəniz piyadaları və dənizçiləri “San Antonio” desant gəmisindən həmin gəmiyə daxil olub, ona baxış keçirib və göyərtədəki insanları saxlayıblar.