İran Prezidenti Məsud Pezeşkian “Mehr” agentliyinə verdiyi açıqlamada ölkəsi ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış “İslamabad memorandumu”nu yüksək qiymətləndirərək, bu sənədin tamamilə İranın milli maraqlarına uyğun olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, Pezeşkian iki ölkə arasında əldə olunmuş razılaşmanın regional və iqtisadi dividend bəxş edəcəyini vurğulayaraq bildirib: “İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların müsbət nəticələri tezliklə hər kəsə bəlli olacaq”. Dövlət başçısı sazişin ilkin iqtisadi səmərəsi kimi Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitinin rəsmi Tehrana geri qaytarılacağını xüsusi qeyd edib.
ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində naməlum şəxslər ətrafa atəş açıb, hadisə nəticəsində xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “ABC” telekanalı yayıb. Şəhər polisinin məlumatına görə, hadisə nəticəsində azı 13 nəfər yaralanıb.
Sutka ərzində Hörmüz boğazından dünya bazarlarına 17 milyon bareldən çox neft və digər yüklər daşıyan 55 ticarət gəmisi keçib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir. Məlumata görə, Amerika Silahlı Qüvvələri gəmiçilik azadlığını dəstəkləmək məqsədilə boğaz ərazisində fəaliyyətini davam etdirir.
Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib. Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.
İtaliya Respublikasının İrandakı səfirliyinin iyunun 19-dan Tehranda fəaliyyəti bərpa olunur.
Böyük Britaniya Ukrayna üçün öz istehsalı olan, ABŞ komponentlərindən asılı olmayan və nisbətən ucuz uzaqmənzilli raket sistemləri hazırlayır. Primeinfo.az bu barədə “Bloomberg“-ə istinadən məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyinin dəstəyi ilə hazırlanmış üç sistem yaxın aylarda həm Böyük Britaniyada, həm də Ukraynada sınaqdan keçiriləcək.
Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş “Qətiyyətli əjdaha” (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar. Primeinfo.az “Japan Today” nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında və Okinava prefekturasında keçirilir və iyunun 30-dək davam edəcək. Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Ordusunun komandanı general-leytenant Seydzi Toriumi təlimlərin açılış mərasimində bildirib ki, müdafiə potensialının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat paylaşıb. Məlumata görə, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət “hələ də dəyişə bilər”.
ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım almaq üçün istifadə etməsini nəzərdə tutan bir mexanizm üzərində birgə işləyirlər. Primeinfo.az xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər.
ABŞ dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, məlumatı Axios müxbiri Barak Ravid öz mənbələrinə istinadən X-də yazıb: “Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır: hazırda iki mənbəyə görə, marşruta Küveyt, BƏƏ və Bəhreyn daxildir”.