Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

ADY bayram günlərində əlavə qatar reysləri təyin edir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı; 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı; 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq. “Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.

ADY: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Regional Dəmir Yolu Seminarında iştirak edib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, seminar çərçivəsində baş tutmuş “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” adlı sessiyada çıxış edən Arif Ağayev Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda ADY-nin strateji baxışı barədə məlumat verib. ADY sədrinin müavini Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini bildirib, dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini deyib.

Qatarda sərnişinlərə kitab hədiyyəsi davam edir - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsi yenidən sərnişinlərlə görüşüb. Layihə çərçivəsində qatarlarda kitab hədiyyəsi ənənəsi uğurla davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat verib.

"Bu tikililər təhlükəsizlik riskini artırır" - ADY - VİDEO

Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.

ADY-dən Bakı-Qəbələ səfəri ilə bağlı yeni TƏKLİF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Belə ki, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq: – Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət; – Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

ADY Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslər təyin edir

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Primeinfo.az xəbər verir ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Naxçıvanda dəmir yollarının yenidən qurulması davam etdirilir - VİDEO

Naxçıvan MR-də dəmir yollarının yenidən qurulması davam etdirilir. Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, ötən ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir.

ADY qatarlarda sərnişinlərə kitab hədiyyə etdi - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətinin təşviqinə yönəlmiş yeni layihəyə start verilib. Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə həyata keçirilən aksiya çərçivəsində ADY-nin qatarları ilə səfər edən sərnişinlərə müxtəlif kitablar hədiyyə olunub. Təşəbbüs sərnişinlərin səyahətini daha maraqlı və yaddaqalan etməklə yanaşı, cəmiyyətdə mütaliəyə marağın artırılmasına xidmət edir.

ADY: "Dəmir yolunu yüz ölçün, bir keçin"

ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində – ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər; – 18 dəfə toqquşma qaçılmaz olub; – nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.  Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" -  VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb. O, hərəkət zamanı insanların qəfil relslərə çıxmasının ciddi risklər yaratdığını bildirib.