Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

ADY bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə bütün hərəkət vasitələrinə müntəzəm texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib - VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şərq – Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün “Cargo tracking” (Cargo-tracking.ady.az) platformasını istifadəyə verib.  “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır. “Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri olacaq - CƏDVƏL

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək. Məlumata görə, sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin internet saytında və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.

ADY fevralda 874 mindən çox sərnişin daşıyıb - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin fevral ayında 874 mindən çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrünün nəticələrini 25% üstələyib.

Bakı metrosu bayramda gücləndirilmiş rejimdə çalışacaq

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

"Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atılıb" - ADY

Son 10 gündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb. Primeinfo.az-a bu barədə ADY-dən bildirilib. Məlumata əsasən, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib.

ADY Beynəlxalq Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib. “Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər”, – məlumatda qeyd olunur.

Bakı-Qazax qatarına əlavə reyslər təyin edilib - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən bildirilib. Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.