Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

Alabaşlı-Qızılca dəmir yolunda təmir yekunlaşır - ADY - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə Primeinfo.az “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir. Məlumata görə, 1950-ci illərdə istismara verildiyi vaxtdan etibarən ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə, dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.

Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi 70% tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) azad olunmuş ərazilərdə dəmir yollarının tikintisini davam etdirir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb. “Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq”, – məlumatda qeyd olunur.

Bakı-Ağdam-Bakı istiqamətində əlavə relslər təyin edilir - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

ADY bayram günlərində əlavə qatar reysləri təyin edir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı; 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı; 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq. “Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.

ADY: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Regional Dəmir Yolu Seminarında iştirak edib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, seminar çərçivəsində baş tutmuş “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” adlı sessiyada çıxış edən Arif Ağayev Azərbaycanın regional bağlantılardakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi mənzərə fonunda ADY-nin strateji baxışı barədə məlumat verib. ADY sədrinin müavini Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı kimi rolunun gücləndiyini bildirib, dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmənin vacib olduğunu, müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlığın genişləndiyini, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyasının sürətləndiyini deyib.

Qatarda sərnişinlərə kitab hədiyyəsi davam edir - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsi yenidən sərnişinlərlə görüşüb. Layihə çərçivəsində qatarlarda kitab hədiyyəsi ənənəsi uğurla davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat verib.

"Bu tikililər təhlükəsizlik riskini artırır" - ADY - VİDEO

Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.

ADY-dən Bakı-Qəbələ səfəri ilə bağlı yeni TƏKLİF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Belə ki, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq: – Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət; – Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

ADY Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslər təyin edir

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Primeinfo.az xəbər verir ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Naxçıvanda dəmir yollarının yenidən qurulması davam etdirilir - VİDEO

Naxçıvan MR-də dəmir yollarının yenidən qurulması davam etdirilir. Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, ötən ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir.