Xəbər axtarın

Son axtarış nəticələri:

Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi 70% tamamlanıb

27.02.2026 13:20

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) azad olunmuş ərazilərdə dəmir yollarının tikintisini davam etdirir.

ADY-dən Primeinfo.az-a verilən məlumata görə, Zəngəzur dəhlizinə aparan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85%, tikintisi isə 70% həcmdə tamamlanıb.

“Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq”, – məlumatda qeyd olunur.

Paylaş: