Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətinin təşviqinə yönəlmiş yeni layihəyə start verilib. Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə həyata keçirilən aksiya çərçivəsində ADY-nin qatarları ilə səfər edən sərnişinlərə müxtəlif kitablar hədiyyə olunub. Təşəbbüs sərnişinlərin səyahətini daha maraqlı və yaddaqalan etməklə yanaşı, cəmiyyətdə mütaliəyə marağın artırılmasına xidmət edir.
ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində – ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər; – 18 dəfə toqquşma qaçılmaz olub; – nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb. Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb. O, hərəkət zamanı insanların qəfil relslərə çıxmasının ciddi risklər yaratdığını bildirib.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, imanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib. Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az ADY-yə istinadən xəbər verir. “Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür. Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub. ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 9 fevralda Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) bu ilin yanvar ayında 856 mindən çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.