Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

Gəncə-Qəbələ qatarı açılır

Yanvarın 12-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq. Primeinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

ADY: Yanacaq mənimsəyən iki nəfər həbs edilib    

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib”. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Daha iki şəhərə qatarla gedə biləcəyik

“Azərbaycan Dəmir Yolları” QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, rahat və komfortlu səyahəti təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.

ADY 30 milyon dollara 7 yük qatarı alacaq

Azərbaycan Dəmir Yolları 30 milyon dollarlıq istiqraz buraxır. Primeinfo.az xəbər verir ki, ADY hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxır. Məlumata görə, istiqrazlar üzrə illik faiz dərəcəsi 7 % təşkil edir.

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 20 və 21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Primeinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Bakı-Ağstafa qatarına əlavə reyslər açıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Primeinfo.az bu barədə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir. Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

ADY 11 ayda 350 blok-qatar qəbul edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-noyabr aylarında 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib. Primeinfo.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur. Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən 105 496 TEU və ya təxminən 18 % çoxdur.

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 5, 6 və 7 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.