Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb. Primeinfo.az xəbər verir ki, iştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıblar. Həmçinin 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsiartıq yekunlaşma mərhələsindədir. Primeinfo.az xəbər verir ki, layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.
Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 8 milyondan çox sərnişin daşıyaraq keçən ilin müvafiq dövrünün nəticələrini 19% üstələyib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu ilin oktyabr ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% daha çox sərnişin daşınıb.
Qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə səfər edən sərnişinlərə müraciətində bildirilir. “Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, – məlumatda qeyd olunub.
Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.
Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın yük aşırılıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı bu gün səhər saatlarında Biləcəri Dəmiryol Stansiyasına çatıb. Primeinfo.az xəbər verir ki, daha sonra Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar artıq Biləcəri stansiyasından yola düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 noyabrda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.