Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

Dəmiryol əməkdaşlığı: TDT ölkələri multimodal imkanları müzakirə edir

  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib. Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib.

ADY: 9 ayda dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olunub - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az-a ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Bakıdan Qəbələyə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək. Məlumata görə, 8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.

Azərbaycan Dəmiryol Muzeyinə giriş pulsuz olacaq

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. “Bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

ADY bu il sərnişin daşımalarını 20% artırıb

AZCON Holding şirkətlərindən olan ADY sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 17% daha çox sərnişin daşıyıb. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.  

ADY ilk dəfə regiondaxili daşımalara başladı

28 sentyabrda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. ADY-dən verilən məlumata görə, bu gündən ilk dəfə xəttə buraxılan müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir. Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatır.