AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub. ADY-dən Primeinfo.az-a verilən xəbərə görə, imanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib. Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az ADY-yə istinadən xəbər verir. “Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür. Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub. ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 9 fevralda Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) bu ilin yanvar ayında 856 mindən çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür. Primeinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Qurumdan bildirilib ki, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Primeinfo.az-a bu barədə səhmdar cəmiyyətdən bildirilib. Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-də yola düşəcək.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib. Həmçinin Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.