AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.
Bu gün Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
Bu gün Tbilisidə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndiriləcək, 2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək.
Artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-dən Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək. Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat yayıb. Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb. Primeinfo.az xəbər verir ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir. Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.
“Zakir İbrahimov 30 ilə yaxındır sükan arxasındadır. Bu yol onun üçün məsuliyyət və fəxrdir”. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb. ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusilə konteyner daşımaları artıb, 2025-ci ildə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb.
“Euronews” telekanalı yeni Gəncə-Qəbələ-Gəncə marşrutu ilə bağlı yazı hazırlayıb. Primeinfo.az xəbər verir ki, materialda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni marşrutunun şəhərlərarası mobilliyə müsbət töhfə verməsi; müasir qatarlarla qısalan səyahət müddəti və tətbiq olunan sərfəli tariflər; Bakıdan Qəbələyə getmək istəyən sərnişinlərə Ləki stansiyasında transfer imkanının yaradılması və digər mühüm məlumatlara yer ayrılıb. Sözügedən materialı təqdim edirik: https://www.euronews.com/travel/2026/01/20/azerbaijan-launches-new-train-connecting-historic-ganja-with-the-ski-resort-town-of-gabala Sabahınız xeyir, dəyərli həmkarlar.