Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

ADY bu il sərnişin daşımalarını artırıb - CƏDVƏL

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 8 milyondan çox sərnişin daşıyaraq keçən ilin müvafiq dövrünün nəticələrini 19% üstələyib. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu ilin oktyabr ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% daha çox sərnişin daşınıb.

ADY-dən başqaları üçün yer saxlayan sərnişinlərə MÜRACİƏT

Qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə səfər edən sərnişinlərə müraciətində bildirilir. “Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, – məlumatda qeyd olunub.

Bakı Limanında yükaşırmanın həcmi artdı

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın yük aşırılıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.

Qazaxıstan taxılı Azərbaycandan Ermənistana yola salınıb - VİDEO

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı bu gün səhər saatlarında Biləcəri Dəmiryol Stansiyasına çatıb. Primeinfo.az  xəbər verir ki, daha sonra Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar artıq Biləcəri stansiyasından yola düşüb. 

ADY yeni qatar reyslərini açıqladı - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 noyabrda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Dəmiryol əməkdaşlığı: TDT ölkələri multimodal imkanları müzakirə edir

  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib. Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib.

ADY: 9 ayda dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olunub - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Primeinfo.az-a ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.