Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: atəşkəs

Atəşkəsdən sonra Tramp və Netanyahunu izləmədən çıxardı - FOTO

Hazırda mühacirətdə yaşayan İran şahzadəsi Rza Pəhləvi ABŞ və İran arasında atəşkəs elan olunmasından sonra diqqətçəkən addım atıb. O, sosial media hesabında ABŞ prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Ərdoğan Şahbaz Şəriflə atəşkəsi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı İranda elan edilmiş 2 həftəlik atəşkəs və regindakı son vəziyyət müzakirə olunub. Pakistanın Baş naziri Şahbaz Şərif də öz növbəsində, atəşkəs prosesinə verdiyi töhfələrə görə Ərdoğana təşəkkür edib.

Pezeşkian: "Livanda atəşkəs İranın sülh planının tərkib hissəsidir"

İran prezidenti Məsud Pezeşkian Livanda atəşkəsin İranın təqdim etdiyi sülh planına daxil olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib. Pezeşkian qeyd edib ki, İran müharibənin dayandırılması üçün 10 maddədən ibarət plan irəli sürüb və bu planın əsas şərtlərindən biri Livanda atəşkəs rejiminin təmin olunmasıdır.

İsrail İranla atəşkəsi qəbul edib

İsrail İranla iki həftəlik atəşkəsdə ABŞ-a qoşulmağa razılıq verib. Primeinfo.az bildirir ki, bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat verib.

Əraqçi: "İran atəşkəsi qəbul etmir"

Tehran atəşkəsi qəbul etmir. Primeinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jaazera”ya müsahibəsində deyib. “Biz müharibənin sona çatmasını, gələcəkdə təcavüzlərin təkrar olunmayacağına zəmanət və İran xalqına dəyən zərərin ödənilməsini tələb edirik”, – nazir vurğulayıb.

Pakistanla Əfqanıstan arasında 48 saatlıq ATƏŞKƏS

Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib. “Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib” – deyə, vurğulanıb.