ABŞ Prezidenti Donald Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Primeinfo.az-ın məlumatına görə, o, Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidentinin Azərbaycan və Ermənistanla bağlı ona zəng etdiyini deyib: “Putin mənə dedi: Mən inana bilmirəm ki , siz 35 ilə yaxın davam edən münaqişəni həll etmisiniz”,-deyə Tramp vurğulayıb.
Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində qoşulacaq.
Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
“Rusiyanın Qafqazda təsir rıçaqları əlindən alındığı üçün qəzəblidir. Amma biz də onlara cəmiyyət olaraq mesaj verməliyik ki, Azərbaycana uzanan əllər kəsilməlidir”.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 4,2 milyon ABŞ dolları olub. Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə azalıb.
Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.
20 Yanvar tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda göstərdiyi milli iradənin təzahürüdür.
Azərbaycanda 2025-ci ildə 153 261 nəfərə sürücülük vəsiqəsi verilib ki, bu da 2024-cü illə müqayisədə 207 085 nəfər və ya 2.3 dəfə azdır. Primeinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Sürücülük vəsiqəsi verilənlərdən 103 311-ü kişi (199 640 və ya 65.8 faiz azalma), 49 950-ü isə qadın (7 445 və ya 13 faiz azalma) olub.
Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, məqsəd müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsidir.
15 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Bildirilib ki, Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s.