Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri müzakirələr ediblər - FOTO

24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub. Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilib, memorandum imzalanıb - FOTO

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.

ABŞ səfirliyi: "Azərbaycanla tərəfdaşlığımız artır"

“Google” şirkətinin “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir. “Sevindirici Xəbər – “Google Gemini” artıq Azərbaycan dilində əlçatandır.

Kreml Vensin Azərbaycan və Ermənistana səfərinə münasibət bildirib

“Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.

Səfirlik: ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri daha da möhkəmləndirəcək

Bu gün vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev Bakıda görüşərək 8 avqust tarixli tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir. “Görüş çərçivəsində liderlər ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.