Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Rusiya Azərbaycan vasitəsilə İrana 300 tondan çox humanitar yardım göndərir

Rusiya Azərbaycan vasitəsilə İrana 300 tondan çox humanitar yardım göndərir

Sabah Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfinə təhvil veriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir.

İrandan Azərbaycana indiyədək 77 ölkənin 2949 vətəndaşı təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 77 ölkənin 2949 vətəndaşı təxliyə olunub - FOTO

Fevralın 28-i saat 08:00-dan martın 23-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2949 nəfər təxliyə edilib. Primeinfo.az xəbər verir ki, təxliyə olunanların 488-i Azərbaycan vətəndaşıdır. Bundan başqa, 722 Çin, 325 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 148 Pakistan, 162Hindistan, 80 Oman, 68 İndoneziya, 54 İran, 44 İtaliya, 30 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 22 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Gürcüstan, 15 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya.

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Xarici İşlər Nazirliyi Pakistanı Milli bayramı münasibəti ilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Pakistan xalqını və hökumətini dövlətin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri arasında telefon danışığı olub

Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri arasında telefon danışığı olub

20 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Telefon danışığı zamanı, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti BAĞLANIR

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti BAĞLANIR

ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20–24 mart tarixlərində bağlı olacaq və 25 mart tarixində fəaliyyətini bərpa edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. “ABŞ səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzulayırıq.Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, +994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ermənistanla Azərbaycan ticarət danışığı aparır

Ermənistanla Azərbaycan ticarət danışığı aparır

Ermənistan Azərbaycana biznes təklifləri edib. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli KİV-ə müsahibəsində deyib. Ermənistanın Azərbaycana nə təklif etdiyi və Azərbaycanın Ermənistandan hansı malları ala biləcəyi ilə bağlı suala cavab olaraq Papoyan bildirib: “Biz təkliflərimizi etmişik: artıq konkret bir məhsul var ki, onunla bağlı Azərbaycan və Ermənistanın biznes dairələri danışıqlar və müzakirələr aparır”.