Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə edib

Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə edib

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb. Tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.

Suriya XİN: İranın Azərbaycana dron hücumları stabilliyə təhdiddir

Suriya XİN: “İranın Azərbaycana dron hücumları stabilliyə təhdiddir”

Suriya İranın Azərbaycana dron hücumlarını qınayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Suriya Ərəb Respublikası İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raket və dronlarla hədəfə alması şiddətlə qınayır.

Rəsmi Tbilisi Azərbaycana dron hücumlarını qınayıb

Rəsmi Tbilisi Azərbaycana dron hücumlarını qınayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana dron hücumlarını qınayıb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib. Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib.

İsrail XİN İranın Azərbaycana dron hücumlarını pisləyib

İsrail XİN İranın Azərbaycana dron hücumlarını pisləyib

Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” hesabında bildirib. Onun sözlərinə görə, “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun “maskasının düşməsinə dəlalət edir”.

AZAL: "Ciddədən 209 Azərbaycan vətəndaşı Bakıya təxliyə edilir"

AZAL: "Ciddədən 209 Azərbaycan vətəndaşı Bakıya təxliyə edilir"

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir. Bu barədə Primeinfo.az-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən bildirilib. Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir.