Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı münaqişələri müzakirə etdi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı münaqişələri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb. Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.

Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib

Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib

6 mart 2026-cı il tarixində Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.

Kulubayev: "İranın Azərbaycana dron hücumu regionda gərginliyin artmasına xidmət edir"

Kulubayev: "İranın Azərbaycana dron hücumu regionda gərginliyin artmasına xidmət edir"

Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib

Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarının hücumunu pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayılıb. “Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir.

Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib, İranın hücumunu pisləyib

BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib, İranın hücumunu pisləyib

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.