Dubay aeroportu ilk sərnişin təyyarəsini yola saldı
Dubay Beynəlxalq Hava Limanı günün başlanğıcından ilk sərnişin təyyarəsini yola çıxarıb.
Dubay Beynəlxalq Hava Limanı günün başlanğıcından ilk sərnişin təyyarəsini yola çıxarıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Primeinfo.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb. Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub. Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Şamaxıda 5 bal gücündə zəlzələ olub. Bu barədə Primeinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
“Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Primeinfo.az xəbər verir ki, sənədi Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos imzalayıblar.
Bu həftə Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilmiş dinləmələrlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə bir sıra sorğular daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib. “Məsələyə yüksək maraq göstərildiyini nəzərə alaraq, Böyük Britaniyada qərarların qəbul edilməsi sisteminin necə işlədiyini aydınlaşdırmağı vacib hesab edirik.
İran Azərbaycanla sərhəd yaxınlığında yer səviyyəsindən 10.000 futa (təxminən 3300 metr) qədər yüksəkliklərdə pilotsuz uçuş aparatlarından istifadə olunacağını bildirən NOTAM (Notice To Air Missions) yayımlayıb.
Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında paylaşım edib. Bildirilib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Ermənistanla Azərbaycan arasında müzakirələr aparılır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını bizə verib, biz də öz növbəmizdə öz siyahımızı onlara təqdim etmişik.
Azərbaycanla İran arasında avtomobil və dəmir yolları ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.