Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.
Azərbaycandan Ukraynaya enerji avadanlıqları göndərilib.
Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.
“Google” şirkətinin “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir. “Sevindirici Xəbər – “Google Gemini” artıq Azərbaycan dilində əlçatandır.
Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib. “Biz buna ən yüksək səviyyədə təminat almışıq”, – o qeyd edib.
“Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var”. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış edirlər.
Bu gün vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev Bakıda görüşərək 8 avqust tarixli tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir. “Görüş çərçivəsində liderlər ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Primeinfo.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapıb. Sənəddə deyilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.