Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Səfirlik: ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri daha da möhkəmləndirəcək

Bu gün vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev Bakıda görüşərək 8 avqust tarixli tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir. “Görüş çərçivəsində liderlər ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.

Azərbaycan və ABŞ mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədir

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Primeinfo.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapıb. Sənəddə deyilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.

Azərbaycanla ABŞ müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığı genişləndirəcək

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Primeinfo.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapıb. “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;”, – Xartiyada deyilir.

Vens: "ABŞ-ın Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək"

Həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıya səfərindən əvvəl İrəvan aeroportunda jurnalistlərə açıqlamasında bildirib. “Dünən Baş nazirin çıxışını eşitdim.

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib

“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”. Primeinfo.az xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.

Azərbaycanın borc aldığı xarici təşkilatların SİYAHISI

Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib. Primeinfo.az xəbər verir ki, xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.