Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “3+3” formatlı görüşün yeri ilə bağlı müzakirələrin davam etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən Bakıdan verilən açıqlamalara cavab olaraq bildirib. “Bu görüş ya Yerevanda, ya da Bakıda keçirilməlidir.
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək.
4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub.
“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib. Primeinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.
Qazaxıstan ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə planını dəstəkləyir. Primeinfo.az “tengrinews”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib. “İndiki mürəkkəb geosiyasi vəziyyətdə mən ABŞ Prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək səylərini, eləcə də onun təqdim etdiyi planı dəstəkləyirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2025-ci il tarixində Bakıda keçirilmiş “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının iştirakçılarına müraciəti və Forumun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Primeinfo.az xəbər verir ki, məlumata əsasən, müasir dünyanın artan beynəlxalq və regional çağırışlar və təhdidlərlə üzləşdiyi bir şəraitdə beynəlxalq təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinin dövlətlər arasında konstruktiv dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq tələb etdiyinə diqqət çəkilib. Eyni zamanda, sənəddə deyilir ki, iştirakçılar Azərbaycan Respublikasının Bakı Təhlükəsizlik Forumunu kəşfiyyat və təhlükəsizlik qurumları arasında müntəzəm dialoq, qarşılıqlı etimad və praktiki əməkdaşlıq platforması kimi təşkil etmək təşəbbüsünü alqışlayır, forum çərçivəsində terrorizmlə mübarizədə kəşfiyyat və təhlükəsizlik qurumları arasında çoxtərəfli koordinasiyanı və 7/24 operativ məlumat mübadiləsini təmin etmək üçün Terrorçuluğa qarşı İnformasiya Mübadiləsi Sistemi və digər effektiv beynəlxalq informasiya mübadiləsi sistemlərinin yaradılması təşəbbüsünü dəstəkləyir.
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoymaq şərəf idi. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Allison Huker Azərbaycana səfərinin yekunlarına dair bildirib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib.