Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib. Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, “Kommersant”ın xəbərinə görə, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.
Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verilib.
Prezident Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib. Primeinfo.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Qardaşım Preziden Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və yaradıcılıq yolu ilə inamla irəliləyir.
Azərbaycan Mərkəzi Asiya formatına qəbul olunur və bununla da formatın ölkə tərkibi mövcud “5-lik”dən “6-lığa” çevrilir. Primeinfo.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. Beləliklə, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu əldə edir.
Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə regional inteqrasiya və ortaq gündəm müzakirə olunub.
Noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub.
Daşkəndin mərkəzi küçələrindəki binalarda Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın bayrağı proyeksiya olunur.
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.
Prezident İlham Əliyev 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir: 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü pic.twitter.com/ySNPaL1YWQ— İlham Əliyev (@azpresident) November 12, 2025