Bakı metropolitenindən istifadə edənlərin sayı 2024-cü ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib. Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub – 592 min 474.
AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib. Primeinfo.az xəbər verir ki, sərnişindaşıma ilə bağlı son statistik göstəricilər metropolitendə sərnişin sayının artdığını göstərir. Belə ki, fevral ayının statistik nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə yüksək olub və bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir.
Bakı metrosundan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyən edilib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-dən bildirilib. Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır: “7 yaşına qədər uşaqlar – Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər; Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları – “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər; Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.
Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib. Primeinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb. Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “N.Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb: “Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.
Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin “Nyukasl Yunayted” klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
964 Əlaqə mərkəzi sizi eşidir! Primeinfo.az xəbər verir ki, yanvar ayı ərzində Bakı Metropoliteninin 964 Əlaqə mərkəzi müraciətlərin sürətli, effektiv və sistemli cavablandırılmasını təmin edib. Ay ərzində vətəndaşlardan Mərkəzə sorğu, təklif və şikayət xarakterli, ümumilikdə 1 315 müraciət daxil olub.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində növbəti görüşlərini Honq Konq şəhərində keçirib. Primeinfo.az xəbər verir ki, “Octopus Holdings Limited” şirkətində baş tutan ilk görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak ediblər. İşgüzar müzakirələr zamanı “Octopus” sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib.
Saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.