Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Məlumata görə, birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, metropolitendə modernləşdirmə və strateji inkişaf, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra görüşlər keçirib. Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə keçirilən görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və bu istiqamətdə şirkətin uğurla icra etdiyi layihələr müzakirə olunub.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
İnnovativ yanaşmaların tətbiqi ilə davamlı inkişaf yolunda mühüm addımlar atan Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb. Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun tərtib olunan Hesabat müəssisənin dayanıqlı gələcəyə yönəlmiş fəaliyyətini əhatə etməklə yanaşı, şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, xidmət keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə (ESG) sahələrində görülən işlər öz əksini tapıb.
Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.
Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq.
“Bakı Metropoliteni” QSC-nin reklam gəlirləri açıqlanıb. Bu barədə Primeinfo.az QSC-dən bildirilib. Məlumata görə, ötən il metronun reklam gəlirləri 2 milyon 622 min manat təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 015,5 min olub, bu da illik müqayisədə 1,8% azalma deməkdir. Bu barədə Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.