Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı metropoliteni

Bakı metrosu “Qarabağ” oyunu üçün iş rejimini uzatdı

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.   Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Sosial mediadakı xəbərlərlə bağlı Bakı Metropolitenindən - AÇIQLAMA

“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib. Məlumatda deyilir ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələrindən sonra metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin – o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin – bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

"Bənövşəyi" xətdə qatar intervalı 5 dəqiqəyə endirildi

“Bakı Metropoliteni” QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə “Bənövşəyi” xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb. Bu barədə “Report”a səhmdar cəmiyyətdən məlumat verilib. Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.

Bakı metrosu iş rejimini uzadıb

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq. Bu barədə Primeinfo.az-a qurumdan bildirilib. Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

Metroda bank kartları ilə ödənişə BAŞLANILDI

Texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

Metroda ödəniş üsullarında YENİLİK

Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür. Bu barədə Primeinfo.az-a Bakı Metropoliteni QSC-dən bildirilib. “Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında – “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”da – sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.

Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir.

Bakıda daha 5 metrostansiya tikiləcək - ÜNVANLAR

Bakıda bundan sonra daha 5 metro stansiyası tikiləcək. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında olacaq.

“Port Baku” yaxınlığında metro tikiləcək

“Port Baku” kimi məşhur olan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub. “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq.