Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb. Primeinfo.az Oxu.Az-a istinadla bildirir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Bu gün Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.
Bakının Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir: “Ölkə üzrə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib.
Bakıda müşahidə edilən güclü tıxaclar, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi məsələsini yenidən gündəmə gətirib.
Bakıda 5 nəfər dəm qazından ölüb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb. Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib.
“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.
XIII Qlobal Bakı Forumu cari il martın 12-14-də keçiriləcək.
Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb.