Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı şəhəri

Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO

Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.

Azərbaycanda polkovnikin meyiti tapıldı

Azərbaycanda polkovnikin meyiti tapıldı

Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb. Primeinfo.az Oxu.Az-a istinadla bildirir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.

Bakıda restoran yandı - VİDEO

Bakıda restoran yandı - VİDEO

Bakının Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Anar Rzayev: "Bakıya 400-ə yaxın avtobus gətirilib"

Anar Rzayev: "Bakıya 400-ə yaxın avtobus gətirilib"

“Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir: “Ölkə üzrə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib.

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var

Bakıda 5 nəfər dəm qazından ölüb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb. Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib.