
Türkiyədə baş verən helikopter qəzasında istefada olan polkovnik, pilot Yasaözden Bakkal həlak olub.
Primeinfo.az xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
Onun sözlərinə görə, qəza nəticəsində Hərbi Hava Qüvvələrinin mayoru Bilgehan Kurtoğlu da yaralanıb.
Faktla bağlı Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
***
12.37
Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb.
Primeinfo.az xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunun Temelli ərazisində baş verib.
Məlumata görə, təlim məqsədilə uçuş həyata keçirən helikopter tarlaya düşüb. Hadisə yerinə çoxsaylı xilasedici, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralıların vəziyyəti və qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Ankara Temelli’de bir eğitim helikopteri düştü, 2 kişi yaralandı. Bölgeye çok sayıda yardım ekibi sevk edildi. pic.twitter.com/iSGLwTfzlP
— İhlas Haber Ajansı (@ihacomtr) July 22, 2026