“Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” bu gün turnirdə ilk oyununa çıxacaq. Primeinfo.az xəbər verir ki, Bakı klubu doğma meydanda Belarusun “Dinamo” (Minsk) kollektivini qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb. O, “3” nömrəli formanı geyinəcək.
2026/27 mövsümündə Konfrans Liqasında gücünü sınayacaq “Neftçi”nin 26 potensial rəqibindən 11-nin adı artıq məlumdur. Primeinfo.az xəbər verir ki, paytaxt təmsilçisi qitəmiqyaslı bu mötəbər turnirdə mübarizəyə elə ilk – I təsnifat mərhələsindən start verəcək. Baş məşqçi Yuri Vernidubun rəhbərlik etdiyi komandanın indiyədək dəqiqləşən potensial rəqibləri siyahısında bu klublar yer alır: “Styarnan” (İslandiya), “Europa” (Cəbəllüttariq), “İnter” (Finlandiya), “Yelimay” (Qazaxıstan), “Hegelmann” (Litva), “Penibont” (Uels), “NSİ Runavik” (Farer adaları), “Qlentoran” (Şimali İrlandiya), “Marsaşlokk” (Malta), “Nomme Kalyu” (Estoniya) və “Karnarvon Taun” (Uels).
Misli Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib. Primeinfo.az xəbər verir ki, oyunlara mayın 15-də Yevlax şəhər stadionunda start veriləcək. Turun mərkəzi qarşılaşması mayın 17-də, “Sabah” və “Neftçi” komandaları arasında baş tutacaq.
AFFA “Neftçi” və “Zirə” klublarına qarşı ciddi sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, müvafiq cəza qərarları AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub. Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutan “Zirə” – “Neftçi” qarşılaşmasında qeydə alınan insidentlər hər iki komanda üçün ağır nəticələnib.
Bir neçə gündür ki, istər mediada, istərsə də sosial şəbəkələrdə “Neftçi”- “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr gedir. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciəti “Neftçi” tərəfindən qəbul edilməyib. Primeinfo.az xəbər verir ki, “Neftçi” klubunun “Qarabağı”ın təklifinə yox deməsi müəyyən etirazlara səbəb olub.
“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb. Primeinfo.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqasının XIV turunda “Sabah” “Neftçi”yə qalib gəlib. “Report”un məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.
“Neftçi”nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır. Primeinfo.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib. 59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.